Gəncə şəhər Heydər Əliyev Mərkəzində azərbaycanlı alim Aida İmanquliyevanın 80 illiyi ilə əlaqədar “İncə ruhlu alim” mövzusunda söhbət keçirildi

Gəncə şəhər Heydər Əliyev Mərkəzində azərbaycanlı alim Aida İmanquliyevanın 80 illiyi ilə əlaqədar “İncə ruhlu alim” mövzusunda söhbət keçirildi

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzləşirilmiş Kitabxana Sisteminin Mərkəzdə yerləşən 16№-li kitabxana filialında 8 oktyabr 2019-cu il tarixdə şərqşünas, ədəbiyyatşünas, azərbaycanlı alim Aida İmanquliyevanın 80 illiyi ilə əlaqədar “İncə ruhlu alim” mövzusunda söhbət keçirildi.
Tədbirdə kollec tələbələri iştirak edirdi.
Tədbirdən əvvəl tələbələr Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunu və çoxşaxəli fəaliyyətni əks etdirən muzeylə tanış oldular.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova bildirdi ki, XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri də şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevadır. Aida xanım çoxsaylı elmi əsərlərinə əbədi ömür bəxş etmiş, bütün varlığı ilə milli kökə, xalqa bağlı şəxsiyyət olmuş, xalqın maariflənməsi, tərəqqiyə qovuşması, milli yaddaşın qorunması kimi nəcib niyyətlər onun yaradıcılığının əsas qayəsini təşkil etmişdir.
Sonra söz Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərovaya verildi. O, görkəmli alimin həyat və fəaliyyəti barədə iştirakçılara geniş məlumat verdi və onları maraqlandlran sualları ətraflı cavablandırdı.
Sonda İştirakçılar Aida İmanquliyevaya həsr olunmuş video-çarx izlədilər.