“Vətən müharibəsində Tarixi Zəfər” adlı tədbir keçirildi

 “Vətən müharibəsində Tarixi Zəfər” adlı  tədbir keçirildi

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Gəncə şəhəri 27 nömrəli məktəb-lisey Vətən müharibəsinin ildönümünü ilə əlaqədar “Vətən müharibəsində Tarixi Zəfər” adlı tədbir keçirdi.
Tədbir 27 nömrəli məktəb-liseyin 1b sinfində təşkil olundu. Tədbirdən əvvəl ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova çıxış edərək şagirdləri Zəfər Günü münasibətilə təbrik etdi. O, şagirdlərə Vətən müharibəsi haqqında məlumat verərək qeyd etdi ki, Vətən müharibəsi ölkəmizin parlaq qələbəsidir. Bu böyük qələbəni xalqımıza görkəmli dövlət xadimi, müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, onun rəhbərlik etdiyi şanlı ordumuz bəxş etdi. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
27 nömrəli məktəb-liseyin müəllimi Gülsədət Məmmədova və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva bildirdilər ki, Vətən müharibəsi ilə işğal altındakı torpaqlarımız düşməndən təmizləndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi, 30 il yağı tapdağında qalmış yurd yerlərimiz – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər yaşayış məntəqələrini azad etdilər. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə, təntənə ilə qarşılandı. Onlar, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənə layiqli cavab verildiyini vurğuladılar.
Sonra şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.
Tədbirin təşkil olunmasında yaxından iştirak etdikləri üçün Gəncə şəhəri 27 nömrəli məktəb-liseyin direktoru Kəmalə İsgəndərovaya və 1b sinif müəllimi Gülsədət Məmmədovaya təşəkkür edirik.