“Müasir dövrün yeni Lideri” mövzusunda onlayn tədbir keçirildi

“Müasir dövrün yeni Lideri” mövzusunda onlayn tədbir keçirildi

15 oktyabr 2021-ci il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə, Siyəzən, Bərdə, Qax, Gəncə, Xızı, Masallı və Zaqatala Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə “Müasir dövrün yeni Lideri” mövzusunda onlayn tədbir keçirildi. Tədbiri giriş sözü ilə Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev açaraq bildirdi ki, Prezident İlham Əliyev on səkkiz ildir ki, müstəqil Azərbaycan Respublikasına rəhbərlik edir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla inkişaf etdirən dövlət başçımızın fəaliyyəti çoxşaxəlidir. Azərbaycan regionun lider dövlətinə, beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilib. Bunun kökündə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu konsepsiyası dayanır. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. Daha sonra çıxış edən Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, Xızı rayon Heydər Əliyev Mərkəzinin direktoru Əzət Qarayeva, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Qax rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi Arzu Camalova, Zaqatala rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Nərmin İbrahimova çıxış edərək bildirdilər ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqi heç də asan məsələ deyildi. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.