“Azərbaycan ədəbiyyatının Nizami zirvəsi”

“Azərbaycan ədəbiyyatının Nizami zirvəsi”

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi, Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi filialı və Balakən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar “Azərbaycan ədəbiyyatının Nizami zirvəsi” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva qeyd etdi ki, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmiş və Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir.
Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova bildirdi ki, Nizami Gəncəvi sevgi və qəhrəmanlıq hekayələrinin hər ikisinin ustaddıdır və kəlmələrin seçimində ələ aldığı mövzuya uyğun söz qoymaqla yeni məna və məzmunlar inşa etməkdə ustaddır.
Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi filialının müdiri Gülnarə İsmayılova Ümumilli lider Heydər Əliyevin Nizami Gəncəvi yaradıcılığına verdiyi yüksək dəyərdən, eyni zamanda onun dünyada təbliği məqsədi ilə həyata keçirdiyi tədbirlərdən söhbət açdı. O, öz çıxışında Nizami Gəncəvi məqbərəsinin tarixi haqqında ətraflı məlumat verdi.
Balakən rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçisi Türkan Əliyeva çıxışında qeyd etdi ki, İran ədəbiyyatşünaslarınında dediyi kimi Nizami Gəncəvi farsca yazıb ancaq ondan türk ətri gəlir. Nizami Gəncəviyə yalnız Azərbaycan deyil bütün türk aləmi minnətdar olmalıdır, çünki türkçülük heç bir şairdə olmadığı qədər onda ideallaşmışdır.
Nizami Gəncəvi muzeyinin elmi işçisi Xəyalə Məmmədova Nizami Gəncəvi Muzeyinin ekspozisiyası haqqında ətraflı məlumat verdi.
Neftçala Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova, Xaçmaz Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Yardımlı Heydər Əliyev Mərkəzinin direktoru Aqil Ağayev, Gəncə Heydər Əliyev Mərkəzinin bələdçisi Könül Süleymanova və Zaqatala Heydər Əliyev Mərkəzinin kitabxanaçısı Məhəbbət Məmmədova öz çıxışlarında Nizami ədəbi şəxsiyyətinin Azərbaycan coğrafiyasının sərhədlərini aşaraq bütün dünyada dərin izlər qoyan şair olmasından, Nizami Gəncəvinin yaratdığı qadın obrazlarından, Şərq islam sivilizasiyasının formalaşmasında göstərdiyi əvəzsiz rolundan danışmış və əsərlərinin yeni nəsillərdə milli iftixar, azərbaycançılıq, vətənpərvərlik duyğularının aşılanmasında mühüm vasitə olduğunu qeyd etdilər.