"Gənc Heydərçilər" dərnəyi

"Gənc Heydərçilər" dərnəyi

"Gənc Heydərçilər" dərnəyi
13.04.2021-ci il tarixdə Gəncə şəhər Heydər Əliyev Mərkəzi "Gənc Heydərçilər" dərnəyini Zoom proqramı vasitəsilə onlayn formatda keçirdi. Dərnəyin üzvləri K.D. Uşinski adına 29 nömrəli tam orta məktəbin şagirdlərindən ibarətdir. Dərnək 29 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədovanın dəstəyi ilə təşkil olunur.
Dərnək üzvlərinə Mərkəzin elmi heyəti tərəfindən ayda 2 dəfə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məşğələlər keçirilir. "Gənc Heydərçilər" dərnəyinin tədris müddəti beş ay müddətində keçirilməsi nəzərdə tutulmuşdur.
Dərs "Ulu Öndər Heydər Əliyev və Gəncə" mövzusunda keçirildi. Dərs zamanı qeyd edildi ki, SSRİ də öz sözünü deyən Gəncə müəssisələrinin əksəriyyətinin əsası Heydər Əliyevin adı ilə bağlı idi. XX əsrin 70-80-ci illərində şəhərdə bir çox zavod və fakriklərin fəaliyyəti genişləndirilmiş, yeni sənaye müəssisələri açılmış, təhsil, səhiyyə və bir sıra mədəniyyət ocaqları istifadəyə verilmişdi. Bildirildi ki, Ümumilikdə Heydər Əliyevin Gəncəyə işgüzar səfərlərini iki mərhələyə ayırmaq olar. Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olduğu 1969-1982 –ci illər və Azərbaycan Respublikasının prezidenti olduğu 1993-2003-cü illər.
Dərs zamanı şagirdlər Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi heyəti tərəfindən hazırlanan videoçarxı izlədilər.
Sonda şagirdlər sual-cavab edildi. Şagirdlər sual-cavabda fəal iştirak etdilər. Onları maraqlandıran suallar cavablandırıldı.
Dərnəyin təşkil edilməsində göstərdiyi dəstək üçün 29 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədovaya təşəkkür edirik.