Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin əməkdaşı və gənc könüllüləri Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin əməkdaşı və gənc könüllüləri Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyinin əməkdaşı və gənc könüllüləri Gəncə şəhər Heydər Əliyev Mərkəzini ziyarət etdilər. Ekskursiya zamanı sanitar-gigiyenik qaydalara əməl edildi.
Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva gənclərə Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunu, çoxşaxəli fəaliyyətini və Gəncə şəhərinə səfərlərini əks etdirən eksponatlar haqqında geniş məlumat verdi. Ekskursiya zamanı qeyd edildi ki, Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib.
Gənclər mərkəzdə fəaliyyət göstərən Gəncə MKS-nin 16 nömrəli kitabxana filialı və İDEA İctimai Birliyi Resurs Mərkəzi ilə tanış oldular.
Sonra Aprel döyüşləri - böyük zəfərin başlanğıcından bəhs edildi. Aprel döyüşlərinin və ikinci Qarabağ müharibəsinin xalqımıza yaşatdığı qələbə sevincindən, dövlətimizin və ordumuzun qüdrətindən gənclərə ətraflı məlumat verildi.