Azərbaycanın Xalq şairi Səməd Vurğunun 115 illiyi ilə əlaqədar "Şirin bir xatirətək qalacaqdır dünyada" mövzusunda şeir saatı keçirildi

Azərbaycanın Xalq şairi Səməd Vurğunun 115 illiyi ilə əlaqədar "Şirin bir xatirətək qalacaqdır dünyada" mövzusunda şeir saatı keçirildi

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli filialı Azərbaycanın Xalq şairi Səməd Vurğunun 115 illiyi ilə əlaqədar "Şirin bir xatirətək qalacaqdır dünyada" mövzusunda şeir saatı keçirdi. Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, Azərbaycan ədəbiyyatında öz poeziyası və dramaturgiyası ilə yaddaşlarda yaşayan sənətkarlardan biri də Səməd Vurğundur. O, öz yaradıcılığı ilə qəlbləri məftun edərək həmişə yaşayacaqdır.
32 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Növranə Paşayeva Səməd Vurğunun həyatı və yaradıcılığı barədə geniş məlumat verdi. Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova Səməd Vurğununun Ulu Öndər Heydər Əliyevin sevimli şairi olmasından söz açdı və onun yaradıcılığına verdiyi qiymətdən danışdı.
Sonda 32 nömrəli məktəbin şagirdləri şairin şeirlərindən ibarət kompozisiyanı təqdim etdilər.