Gəncə şəhər Heydər Əliyev Mərkəzi "Tarix yazan sərkərdə" adlı onlayn tədbir keçirdi

Gəncə şəhər Heydər Əliyev Mərkəzi "Tarix yazan sərkərdə" adlı onlayn tədbir keçirdi

Gəncə şəhər Heydər Əliyev Mərkəzi Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibəti ilə "Tarix yazan sərkərdə" adlı onlayn tədbir keçirdi. Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, Nizami Gəncəvi adına Gəncə Dövlət Tarix- Diyarşünaslıq Muzeyinin direktoru, Mir Cəlal Paşayev Ev Muzeyinin direktoru və əməkdaşları, İsrafil Məmmədovun Xatirə Ev Muzeyinin elmi işçisi, Gəncə MKS-nin 16 nömrəli kitabxana filialının əməkdaşları iştirak etdilər. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor əvəzi İlknur İsgəndərova tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, 2003-cü il Azərbaycanda yeni dövrün başlandığı tarixdir. Xalqımız Ulu Öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyevə tam etimad göstərərək onu özünə dövlət başçısı seçdi. Bu tarixdən başlayaraq Azərbaycanda yeni bir dövr başladı - inkişaf və yüksəliş dövrü. Ümummilli Lider Heydər Əliyev azərbaycanın sürətli inkişafı və qüdrətlənməsi üçün xüsusi stategiya işləyib hazırlamışdı. Bu işi davam etdirmək, uğurla başa çatdırmaq üçün onun sözün bütün mənalarında varisi olmalıydı. Belə varis isə onun ailəsində yetişmiş, onun məktəbini keçmiş, praqmatik düşüncəli, dərin zəkalı, ekstremal vəziyyətdə ən düzgün qərarlar verə bilən İlham Əliyev idi. Azərbaycan xalqı öz Prezidentini sevir, inanır və hər zaman Prezidentinin yanındadır!
Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Tacir Qurbanov, Nizami Gəncəvi adına Gəncə Tarix - Diyarşünaslıq Muzeyinin direktoru Aygün İmanova, Mir Cəlal Paşayev ev muzeyinin direktoru İradə İbayeva və Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva çıxış edərək bildirdilər ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan daxili sabitlik, xarici siyasət kursu, iqtisadi dirçəliş Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsi dönəmində diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi qələbəyə imza atdı.
İlham Əliyev bütün dünya üzrə ölkə daxilində ən çox səfərlər edən, müxtəlif tədbirlərdə, açılışlarda, bayram mərasimilərində, xatirə günlərində xalqın içində, vətəndaşların yanında olan liderdir. Onun vaxtının çoxu iş otağında yox, açıq havada, xalqın içində, görüşlərdə keçir. Problemləri vətəndaşın öz dilindən şəxsən dinləyir və həllini təmin edir. İnsanlar da bunu görür, qiymətləndirir və onu milli lider kimi qəbul edir.
Mərkəzin elmi işçisi Gülər Ellazova Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə həsr etdiyi "Sərkətdə" şeirini səsləndirdi. Sonda tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidentini qarşıdan gələn doğum günü münasibətilə ürəkdən təbrik etdilər.