Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzdə yerləşən MKS-nin 16 nömrəli kitabxana filialı “Azərbaycanın şanlı qələbəsi” mövzusunda onlayn tədbir keçirdi

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzdə yerləşən MKS-nin 16 nömrəli kitabxana filialı “Azərbaycanın şanlı qələbəsi” mövzusunda onlayn tədbir keçirdi

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzdə yerləşən MKS-nin 16 nömrəli kitabxana filialı 10 noyabr Qələbə günü münasibətilə “Azərbaycanın şanlı qələbəsi” mövzusunda onlayn tədbir keçirdi.
Tədbirdə 8 №-li orta məktəbin şagirdləri iştirak edirdi. Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, bu Qələbə 30 illik bir həsrətin qələbəsi idi. Müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı erməni işğalçılarından azad etdi.
Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva öz çıxışında bildirdi ki, bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq günlər yaşayır. İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı qələbəsi kimi yaddaşlarda, tarixdə qalacaq. Otuz illik bir həsrətə Qarabağ həsrətinə son qoyularaq müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli Azərbaycan Ordusu keçmişinin, bu gününün, gələcəyinin böyük zəfərini qazandı.
Kitabxananın müdiri Lyudmila Axundova öz çıxışında vurğuladı ki, bu gün qələbənin ikiqat sevincini yaşayırıq. Bu Qələbəmizə həm də 20 noyabrda işğaldan azad edilİmiş Ağdam sevinci də qatıldı. Çünki 20 noyabrda Azərbaycanın şanlı ordusu erməni işğalçılarından azad olunmuş Ağdam şəhərində nəzarəti öz üzərinə götürdü. Artıq böyük sevinc və fərəhlə “Ağdam bizimdir”, “Ağdam Azərbaycanındır” deyə bilərik.
Sonda 8 №-li orta məktəbin şagirdləri Nurcan Hümbətova, Subhan Əhmədov, Nübubət Əliyeva, Xaliq Həsənov, Dilbər Məmmədova, Yusif Əkbərzadə, Zəhra Bağırova, kitabxananın fəal oxucusu, 27 №-li məktəb-liseyin şagirdi Nurlan İsmayılov Vətənə, Qələbəyə aid şeirlər söylədilər.