Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə onun oğlu Cavanşir Cəbrayılovla onlayn görüş keçirildi

Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə onun oğlu Cavanşir Cəbrayılovla onlayn görüş keçirildi

Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzdə yerləşən MKS-nin 16 nömrəli kitabxana filialı Fransa Müqavimət Hərəkatının nümayəndəsi, partizan, II Dünya müharibəsinin iştirakçısı Əhmədiyyə Cəbrayılovun 100 illiyi münasibətilə onun oğlu Cavanşir Cəbrayılovla onlayn görüş keçirdi.
Tədbir Zoom proqramı vasitəsilə keçirildi.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova Əhmədiyyə Cəbrayılovun həyatı, müharibə illərində göstərdiyi şücaətlər haqqında iştirakçılara qısa məlumat verdi. Əhmədiyyə Cəbrayılovun oğlu, onun adına olan xatirə muzeyinin yaradıcısı və direktoru Cavanşir Cəbrayılov atası haqqında, onun cəbhə dostlarının atasının qəhrəmanlıqları haqqında xatirələrini danışdı. Yaradıcısı olduğu xatirə muzeyində yerləşən eksponatlar, atasına aid əşyalar, şəkillər haqqında iştirakçılara məlumat verdi.
Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova çıxış edərək bildirdi ki, Ümummilli Lider Heydər Əliyev Əhmədiyyə Cəbrayılov haqqında yüksək fikirlərdə olduğunu bildirmiş və onun haqqında belə demişdir: “Əhmədiyyə Cəbrayılov qoçaq adam olub, əsl qəhrəmandır, onun xatirəsini mütləq yaşatmaq lazımdır”.