Mərkəzin binası

Ulu Öndərə gəncəlilərin sonsuz məhəbbətinin təcəssümü olan Heydər Əliyev Mərkəzinin tikintisinə 2012-ci ildən başlanılıb və şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli, müasir materiallardan istifadə olunub. Mərkəzin əhatə etdiyi ərazidə orijinal memarlıq üslubunda fəvvarələr və müasir işıqlandırma sistemi quraşdırılıb. Binanın fasadında böyük peşəkarlıqla işlənən milli memarlıq elementləri diqqəti cəlb edir. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Dördmərtəbəli mərkəzdə şüşədən müasir tavan quraşdırılıb. Tavanda Azərbaycanın xəritəsi əks olunub. Muzeydə Heydər Əliyevin uşaqlıq və gənclik illəri ilə yanaşı, onun zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub.

Binanın fasadında böyük peşəklarlıqla işlənən milli milli memarliq elementləri diqqət cəlb edir.

Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Mərkəzdə Azərbaycanın xəritəsini əks etdirən çil-çıraq quraşdırılıb. Sahəsi 450 ha olan Gəncə Heydər Əliyev park-kompleksində yerləşən 24 metr hündürlüyü olan Heydər Əliyev Mərkəzi 4 mərtəbədən ibarətdir.

Mərkəzin I mərtəbəsində Ümummilli liderin keçdiyi həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirən xatirə muzeyi yerləşir.

Mərkəzin II mərtəbəsində Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li filialı, mühazirələrin oxunması, seminarların keçirilməsi, xarici dillərin tədris olunmasl və filmlərin nümayişi üçün otaqlar, “İDEA” İctimai birliyi Resurs Mərkəzi fəaliyyət göstərir.

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 №-li filialı

Mühazirələrin oxunması, seminarların keçirilməsi və xarici dillərin tədris olunması üçün otaqlar

"İDEA" İctimai Birliyi Resurs Mərkəzi

III mərtəbəsində video-konfrans salonu və hər cür təchizatı konfrans zalı mövcuddur. Mərkəzin akt zalında şəhərin ictimai-siyasi həyatında baş verən mühüm hadisələr, beynəlxalq və əlamətdar günlərlə bağlı tədbirlər yüksək səviyyədə həyata keçirilir.