Qax rayon Heydər Əliyev Mərkəzində məktəblərdə “Çağırışaqədərki hazırlıq” fənnini tədris edən hərbi rəhbərlərlə görüş keçirilib

 Qax rayon Heydər Əliyev Mərkəzində məktəblərdə “Çağırışaqədərki hazırlıq” fənnini tədris edən hərbi rəhbərlərlə görüş keçirilib

5 oktyabr-Beynəlxalq Müəllimlər Günü, həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
“Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Beynəlxalq Müəllimlər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin şəxsi heyəti 04.10.2019-cu il tarixində Qax rayon Heydər Əliyev Mərkəzində məktəblərdə “Çağırışaqədərki hazırlıq” fənnini tədris edən hərbi rəhbərlərlə görüş keçirib, onları təbrik ediblər. Ömürlərini gənc nəslin vətənpərvər ruhda böyümələrinə, hərbi biliklərə mükəmməl yiyələnmələrinə həsr edən və bu sahədə fərqlənən hərbi rəhbərlər təltif olunublar.