Yaxın mədəniyyət müəssisələri

Səməd Vurğun adına Mədəniyyət Mərkəzi

S.Vurğun adına Mədəniyyət Evinə "Mərkəz" statusu 2015-ci ilin oktyabr ayında verilmişdir. Mədəniyyət Mərkəzində 15 mədəniyyət evi və 8 klub vardır. Binanın sahəsi 4201 kv/m-dir. Mərkəzin tərkibində 2 xalq kollektivi, gənclər klubu, bədii özfəaliyyət dərnəyi və hərbi-vətənərvərlik klubu fəaliyyət göstərir.

Qax rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi

Qax rayon Mərkəzləşdirilmiş Kitabxana sistemi 1979-cu ildən fəaliyyətə başlamışdır. Həmin ildən Mərkəzi Kitabxana Azərbaycan dramaturqu C.Cabbarlının adını daşıyır. Kitabxanada azərbaycan ,rus, gürcü, ingilis dilində ədəbiyyat mövcuddur. Qax rayon MKS-in tərkibində 33 kitabxana filialı vardır. 01.01.2017-ci il tarixdən Qax rayon MKS-i Şəki Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyətini davam etdirir.