Muzey

Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsinin, müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə, 2014 - cü ilin fevral ayından başlayaraq, rayonun tam orta məktəblərinin 11 - ci sinif şagirdlərinə "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümumilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzuları üzrə tarix dərsləri keçirilmişdir.

Mərkəzdə, həmçinin Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra orqanları rəhbərləri və nazirlərin yerlərdə vətəndaşların qəbulu ilə bağlı görüşlər, əlamətdar və tarixi günlərə həsr olunmuş tədbirlər, respublika səviyyəli seminar- treninqlər və maarifləndirici tədbirlərin keçirilməsi təmin olunur.

Yeni ailə quran gənclərə ailə dəyərlərini aşılamaq məqsədilə Heydər Əliyev Mərkəzində 2014 - cü ilin aprel aylarından başlayaraq bu günədək 150 - dən çox nigah mərasimi keçirilmişdir.