Kitabxana

Qax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərkibində olan 2 №-li şəhər kitabxana filialı 2018-ci il tarixindən Qax rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərir. Qax MKS 2 nömrəli şəhər kitabxanasının 2018-ci ildə kitab fondu 5912 nüsxə, kitab verilişi 15 000 ədəd, oxucusu 802 nəfər olmuşdur. Hesabat dövrü ərzində kitabxananın oxucu kontingenti müəllimlər, həkimlər, fəhlələr, ali məktəb tələbələri və orta məktəb şagirdləri və s. olmuşdur. 2018-ci ildə kitabxanaya 113 nüsxə yeni kitab daxil olmuşdur.

Kitabxanada il ərzində kütləvi tədbirlər - 4 oxucu konfransı, 3 kitab müzakirəsi, 4 biblioqrafik icmal, 1 uşaq səhərciyi, 3 ədəbi-bədii kompozisiya keçirilmiş, 5 dəyirmi masa, 12 kitab sərgisi keçirilmişdir.

İl ərzində kitabxanada iş planına uyğun olaraq əlamətdar və tarixi günlər, yazıçı və şairlərin yubileylərinə həsr olunmuş tədbirlər keçirilmişdir.