“Zəfər bayramı” münasibətilə tədbirlər planına uyğun olaraq silsilə ekskursiyalar və film nümayişi davam edir.

“Zəfər bayramı” münasibətilə tədbirlər planına uyğun olaraq silsilə ekskursiyalar və film nümayişi davam edir.

Qax rayon Heydər Əliyev Mərkəzində “Zəfər bayramı” münasibətilə tədbirlər planına uyğun olaraq silsilə ekskursiyalar və film nümayişi davam edir. 05.11.2021-ci il tarixində rayonun 5 saylı orta məktəbinin müəllim və şagird kollektivi mərkəzin foyesində təşkil olunmuş sərgiyə baxış keçirdikdən sonra mərkəzin ekspozisiya zalına keçid aldılar. Əvvəlcə mərkəzin bələdçisi Nəcəfova Lalə 44 günlük müharibənin canlı sərgisi olan “Qənimətlər Parkı” haqqında maraqlı faktlarla zəngin məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırdı. Daha sonra “Qənimətlər Parkı” adlı sənədli filmin nümayişi ilə tədbir yekunlaşdırıldı. Həmin şəkilləri sizə təqdim edirik.