“Bugünki zəfərimiz Heydər Əliyevin vətənpərvərlik təlimindən qaynaqlanır” mövzusunda tədbir

“Bugünki zəfərimiz Heydər Əliyevin vətənpərvərlik təlimindən qaynaqlanır” mövzusunda tədbir

13.10.2021-ci il tarixində Qax rayon Heydər Əliyev Mərkəzində “Bugünki zəfərimiz Heydər Əliyevin vətənpərvərlik təlimindən qaynaqlanır” mövzusunda tədbir keçirilmişdir. Tədbirin iştirakçıları rayonun 5 saylı orta məktəbinin 2-ci sinfinin müəllim və şagird kollektivi oldu. Tədbirin əvvəlində müəllimə Tənzilə Xəlilova təklif etdi ki, Vətən uğrunda canından keçmiş bütün Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilsin. Sonra şagirdlər dövlət himnimizi həvəslə ifa etdilər. Tədbirin davamında müəllim II Qarabağ Müharibəsinin başlamasından Azərbaycanın bu müharibədə zəfər qazanmasına qədər olan dövrdən fəxrlə danışdı. Sonda şagirdlər Vətən haqqında və zəfər ruhlu şeirləri ilə çıxış etdilər. Tədbir Qax Şəhidlərinə həsr olunmuş videoçarxın nümayişi ilə sona çatdı.