Qax rayon Heydər Əliyev Mərkəzində Qazilərimizlə görüş keçirilmişdir.

Qax rayon Heydər Əliyev Mərkəzində Qazilərimizlə görüş keçirilmişdir.

23.09.2021-ci il tarixində Qax rayon Heydər Əliyev Mərkəzi və MKS-nin şəhər 2 saylı kitabxanası birgə təşkilatçılığı ilə II Qarabağ Müharibəsində iştirak etmiş Qazilərimizlə görüş keçirilmişdir. Öncə mərkəzin bələdçisi Nəcəfova Lalə qonaqları mərkəzin ekspozisiya zalı ilə tanış etdikdən sonra tədbir dəyirmi masa arxasında qazilərimizlə səmimi söhbətlə davam etmişdir. Qazilərimizdən Emil Dəmirçiyev, Eynar Məhəmmədov, Təbriz Cavadzadə, Nəbi Vəliyev və Fərid Kərimov müharibədə yaşadıqları gərgin anlardan, eyni zamanda keçdikləri şərəfli döyüş yolundan çox böyük fəxr hissiylə söhbət açdılar. Mərkəzin direktoru Nərminə Omarova, eləcə də, tədbirin digər qonaqları olan Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə baş məsləhətçisi Dilarə Əzizova, Qax rayon Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova və Qax rayon MKS-nin direktoru Güllü Əhmədova da öz növbəsində çıxış edərək Qazilərimizə Allahdan şəfa dilədilər. Sonda Qazilərimiz üçün təşkil olunmuş çay süfrəsindən sonra tədbir gələn qonaqlarla birgə xatirə şəkli çəkildikdən sonra yekunlaşdırıldı.