"Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır" mövzusunda tədbir

"Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır" mövzusunda tədbir

30 avqust 2021-ci il tarixdə Qax rayon Heydər Əliyev Mərkəzində "Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır" mövzusunda tədbir keçirildi. Mərkəzin bələdçisi Lalə Nəcəfova tədbiri giriş sözü ilə açaraq Şuşanın yaranma tarixi, ermənilər tərəfindən işğalı, burda törədilən vandalizm aktı barədə, həmçinin azad olunması tarixi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Sonda Prezident İlham Əliyevin başçılığı ilə Şuşa şəhərində aparılan bərpa–quruculuq işlərindən bəhs edən filmin nümayişi oldu.