Qax rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ekskursiyalar olmuşdur.

Qax rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ekskursiyalar olmuşdur.

Qax rayon Heydər Əliyev Mərkəzinə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə may ayı ərzində məktəblilərin ekskursiyası olmuşdur.

Qaxbaş kənd 2 saylı orta məktəbin,Qax rayon Namiq Allahverdiyev adına 2 saylı məktəb-liseyin,İlisu kənd orta məktəbinin müəllim və şagird kollektivi mərkəzimizin qonağı olmuşlar.Ekskursiyalar zamanı Ulu Öndərin anadan olmasından, ömrünün sonunadək keçdiyi həyat yolu ətraflı şəkildə Mərkəzin bələdçisi tərəfindən məlumatlandırılmışdır.

Ekspozisiya zalının xüsusi dizaynı ilə tanış olan balacaların heyranlığı onlara xoş təəssüratlar bəxş etdi.Misilsiz xidmətləri ilə Vətəni, xalqının, xüsusən də, uşaqların qəlbində xoş izlər buraxmış tayı-bərabəri olmayan, unudulmaz dahi şəxsiyyətə həsr olunmuş mahnı və şeirləri söyləyərkən uşaqların gözlərindəki bu sevgini görməmək mümkün deyildi.