Qax rayon Heydər Əliyev Mərkəzində “Gənclər siyasətində Heydər Əliyev məktəbinin rolu” mövzusunda videokonfrans keçirilib

Qax rayon Heydər Əliyev Mərkəzində “Gənclər siyasətində Heydər Əliyev məktəbinin rolu” mövzusunda videokonfrans keçirilib

24 sentyabr 2020-ci ildə Qax rayon Heydər Əliyev Mərkəzi Qax Gənclərin Inkisaf və Karyera Mərkəzi ilə birgə “Gənclər siyasətində Heydər Əliyev məktəbinin rolu” mövzusunda videokonfrans keçirdi. Konfransda Heydər Əliyev Mərkəzinin əməkdaşları, Qax şəhər MKS-nin gəncləri, Qax rayon Səməd Vurğun adına Mədəniyyət Mərkəzinin gəncləri, Qax rayon Gənclər və İdman idarəsinin əməkdaşı Elvin Həsilov, Qax Gənclərin Inkisaf və Karyera mərkəzinin rəhbəri Elmir Həşimov və həmin mərkəzin əməkdaşları iştirak edirdilər. Konfransı giriş sözü ilə açan Nərmina Omarova gənclər siyasətində Heydər Əliyev məktəbinin rolundan danişdı. Sonra Mərkəzin fond mühafizi Arzu Dunusova məruzəsini səsləndirdi. Konfrans iştirakçıların çıxışları, mövzu ətrafında maraqlı müzakirələrlə davam etdi.