Dərnəklər

"Rəqs" dərnəyi

Heydər Əliyev Mərkəzində 01.04.2018-ci il tarixindən Rəqs dərnəyi fəaliyyət göstərir. Bu dərnəyin yaradılmasında əsas məqsəd milli rəqslərlə yanaşı dünya rəqslərinin təbliği və öyrədilməsidir. Rəqs dərnəyin rəhbəri Güllər Əliyevadır. Dərnəyin 20 nəfərə yaxın üzvü var. Dərnək həftədə iki dəfə keçirilir. Yaş məhdudiyyəti yoxdur. Kollektiv rayonda keçirilən bütün mədəni-kütləvi tədbirlərdə yaxından uğurla iştirak edir.

"Rəsm" dərnəyi

"Rəsm" dərnəyi 01.03.2018-ci il tarixindən Mömünət Abbasovanın rəhbərliyi altında keçirilir. Dərnəkdə şagirdlərə rəsm, rəngkarlıq və kompozisiya mövzusunda dərslər keçirilir. Dərnəyin yaradılmasında əsas məqsəd şagirdlərin asudə vaxtının təşkili, onlara rəsm vərdişlərinin aşılanmasıdır. Dərnək 8 nəfər şagirddən ibarətdir. Yaş məhdudiyyəti yoxdur. "Rəsm" dərnəyi həftədə 2 dəfə keçirilir. Dərnəyin üzvləri Respublika səviyyəsində keçirilən “Mənim yay tətilim”, “Doğma diyar”, “Qrafika”, “Azadlıq aşiqləri günü- 20 Yanvar” müsabiqələrində müxtəlif yerlərin qalibləri olmuşdur.

"Dekorativ-tətbiqi sənət " dərnəyi

"Dekorativ-tətbiqi sənət " dərnəyi 01.03.2018-ci il tarixindən Möminət Abbasovanın rəhbərliyi altında fəaliyyət göstərir. Dərnək 7 nəfər şagirddən ibarətdir. Dərnəkdə yaş məhdudiyyəti yoxdur. Bu dərnəyin yaradılmasında əsas məqsəd şagirdlərin dekorativ sənət nümunələri yaratmaq qabiliyyətlərinə yiyələnməsidir. Dərnək həftədə 2 dəfə təşkil olunur. Qeyd edək ki, bu dərnəyin şagirdlərinin əl işləri rayonda təşkil edilmiş müxtəlif tədbirlərdə uğurla nümayiş etdirilir.