Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

Yüksək amal, məslək, əqidə, din və inanc uğrunda həlak olmuş adama şəhid deyilir.

Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsi üzrə 1991–2018-ci illər ərzində hərbi xidmət dövrü həlak olmuş, itgin düşmüş, xəsarət (yaralanma, travma. kontusiya) almış 148 şəhid vardır.

Vətən uğrunda canını fəda etmiş oğullarımızın adları içərisində Qax rayon şəhidləri də vardır ki, onların xatirəsi hər zaman əziz tutulur. Şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq, rayonumuzun Heydər Əliyev prospektində "Şəhidlər Xiyabanı" salınmışdır.

Qax rayonunun Milli Qəhrəmanı Namiq Allahverdiyev

Digər bir qəhrəman övladımız olan Namiq Allahverdiyev 1974-cü il Qax rayonunda anadan olub. 1980-cı ildə Qax rayon tam orta məktəbin 1-ci sinfinə getmiş, 1991-ci ildə həmin məktəbi bitirmişdir. 1992-ci il iyunun 15-də hərbi xidmətə çağrılmışdır. Ağdərə uğrunda gedən döyüşlərdə 1992-ci il sentyabrın 15-i şəhid olmuşdur. Hərbidə göstərdiyi şücaətinə görə 1992-ci il 14 dekabrda Qax şəhər 2 saylı məktəbə şəhid Namiq Allahverdiyevin adı verilmişdir.

Qax rayonunun Milli Qəhrəmanı Cavanşir Rəhimov

Rəhimov Cavanşir İzzət oğlu 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində doğulub. Bir yaşında olanda ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçüb. O, Suraxanı rayonundakı 104 saylı orta məktəbə gedib, həmin məktəbin səkkizinci sinfini bitirdikdən sonra təhsilini texniki-peşə məktəbində davam etdirir. O, idmanın karate növü ilə də ciddi məşğul olurdu. Qısa müddətdə idman ustası normasını ödəmişdi.
C.Rəhimov 1992-ci ilin aprel ayında hərbi xidmətə çağrılır. Onun taleyinə yenicə yaranmağa başlayan Azərbaycan Hərbi Hava Qüvvələrində xidmət etmək də var imiş. Çox keçmədən, Cavanşir hərbi vertolyotun bort atıcısı kimi hərbi peşənin sirlərinə yiyələndi. O zaman Zabratda yerləşən hərbi hissənin əsğər və zabitləri tez-tez cəbhə xəttinə uçuşlar edirdi. Cavanşir Rəhimov da özünü mahir atıcı kimi göstərmiş, sərrast atəşlə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. O, Azərbaycanın ən gənc milli qəhrəmanıdır. Suraxanı rayonundakı 146 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır və Qaraçuxur qəsəbə parkında büstü qoyulub. Milli Qəhrəman Cavanşir Rəhimov haqqında "Cavanşir" adlı sənədli film çəkilmişdir.

Qax rayonu ərazisində 01 yanvar 2019-cu il tarixində olan vəziyyətlə bağlı faktiki müvəqqəti məskunlaşmış məcburi köçkünlərin siyahısı:

1. Ağdam rayonu - 181 nəfər

2. Füzuli rayonu – 18 nəfər

3. Kəlbəcər rayonu - 170 nəfər

4. Laçın rayonu - 716 nəfər

5. Cəbrayıl rayonu - 30 nəfər

6. Xocavənd rayonu - 5 nəfər