Rayon haqqında məlumat

Rayon   haqqında məlumat

Azərbaycanın dilbər guşələrindən biri olan Qax rayonu 1930-cu ildə təşkil olunmuşdur. 1963-cü ildə Qaxın ərazisi Zaqatala rayonuna birləşmişdir. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Qax rayonunun ümumi sahəsi 1493,8 km2, əhalisi 54458 nəfərdir. Əhalisi əsasən azərbaycanlılardır. Həmçinin ingiloylar, saxurlar, ləzgilər və digər millətlərin nümayəndələri yaşayır. Qax rayonu dəniz səviyyəsindən 550 m yüksəklikdə yerləşir. Bakı şəhərindən Qax şəhərinədək olan avtomobil yolunun uzunluğu 420 km-dir. Rayonun iqlimi mərkəzi hissədə mülayim isti və yarımrütubətli subtropik, yüksək dağlıqda soyuqdur.

Bu gün Qax rayonu yerli əhali tərəfindən “İçəribazar” adlandırılan “Qax qalasının” yerləşdiyi ərazi daxilindən və həmçinin XVIII əsrə aid “Qaxmuğal” məscidinin əhatəsindən genişlənərək müasir görkəmini almışdır. Bugün Qax rayon ictimaiyyəti nümayəndələri Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq qalaraq, ölkədə gedən geniş quruculuq işlərinə öz töhvəsini verərək rayonda da bu istiqamətdə işlərin aparılmasında öncül sıralarda gedirlər. Ölkə başçısının da rayonumuza səfərləri bu inkişafa öz töhfəsini verir. Beləki 2006-cı ildən başlayaraq İlham Əliyevin mütəmadi səfərləri Qax rayonunun necə diqqət mərkəzində olduğunu göstərir. Prezidentimizin hər səfəri zamanı yeni müəssisələrin açılışı baş tutur. Prezidentimizin sonuncu səfəri zamanı da rayonumuz üçün önəmli olan müəssisələrin fəaliyyətinə start verilmişdir. Möhtərəm Prezidentimizin rayonumuza reallaşdırdığı səfərlərin hər biri bölgəmizin sosial-iqtisadi inkişafına möhkəm zəmin yaratmaqla həyatımıza tarixi hadisə kimi daxil olmuşdur. Ölkə başçısının səfərləri zamanı rayonumuzda aparılan quruculuq işlərinə, insanların əməyinə verdiyi yüksək qiymət hər birimizi ruhlandırmaqla yanaşı, məsuliyyətimizi daha da artırır, yeni-yeni uğurlara stimul verir. Bugün rayonumuzdakı sosial-iqtisadi sahələrin, xüsusilə turizm və kənd təsərrüfatının inkişafına, sakinlərin sosial rifahına və rahatlığına xidmət edən bir çox obyektlər məhz, möhtərəm prezidentimizin səfərləri çərçivəsində istifadəyə verilmişdir.

2018-ci ildə rayonumuzda Qax-Qıpçaq-Ağyazı avtomobil yolunun, ”Yurd Hotel” mehmanxanasının, Qax Aqroparkın və yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışları olmuşdur.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası başa çatmışdır. Belə ki, proqrama uyğun olaraq ötən 5 il ərzində rayonumuzda inzibati binalar, Qarabağ müharibəsi əlilləri üçün fərdi mənzillər, yeni məktəb binaları, uşaq baxçaları, səhiyyə obyektləri, sahə baytarlıq məntəqələri, turizm obyektləri, yeni körpülər və beton bəndlər tikilib istifadəyə verilmişdir. Ölkə başçısının səfərləri zamanı rayonumuzda aparılan quruculuq işlərinə, insanların əməyinə verdiyi yüksək qiymət hər birimizi ruhlandırmaqla yanaşı, məsuliyyətimizi daha da artırır, yeni-yeni uğurlara stimul verir.