15 sentyabr Azərbaycanda Bilik Günüdür!

15 sentyabr Azərbaycanda Bilik Günüdür!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alındıqdan sonra bu gün Bilik Günü kimi qeyd olunur.

Azərbaycan xalqı elmi, biliyi daim yüksək qiymətləndirib, öz övladlarının savadlanması üçün əlindən gələni əsirgəməyib.