"Sirlər xəzinəsi" intellektual müsabiqəsinin qalibləri müəyyənləşib

"Sirlər xəzinəsi" intellektual müsabiqəsinin qalibləri müəyyənləşib

Xəbər verdiyimiz kimi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə layihəsi əsasında "GencApp" mobil tətbiqi üzərindən "Sirlər xəzinəsi" intellektual müsabiqəsi keçirilir.

İl ərzində hər ay onlayn formatda keçiriləcək intellektual müsabiqənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual bacarıqlarının inkişaf etdirilməsi və dünya elmi-ədəbi fikrinin diqqət mərkəzində olan Nizami Gəncəvi irsinin gənclər tərəfindən dərindən mənimsənilməsidir. Müsabiqədə 16-29 yaş arasında gənclər iştirak edir.

17-21 mart tarixlərində gerçəkləşən müsabiqədə 500-dən çox gənc iştirak edib. Onlar "GencApp" mobil tətbiqi üzərindən bildiriş vasitəsilə göndərilən sualları cavablayıblar.

Müsabiqənin yekununda ən çox xal toplayan 3 qalib müəyyən edilərək, hədiyyə qazanıb.

"Sirlər xəzinəsi" intellektual müsabiqəsinin qalibləri:

1. Fidan Qaraşlı - 29 xal
2. Samir Həsənzadə - 14 xal
3. Həbibə Cəfərova - 12 xal

Qalibləri təbrik edir və müsabiqədə iştirak edən bütün gənclərə təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, intellektual müsabiqə hər ay mütəmadi olaraq təşkil olunacaq.

Qaliblər hədiyyəni şəxsən və şəxsiyyət vəsiqələrini təqdim etməklə götürə bilərlər.

Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 93, Begoc Business Center.