"Qarabağ – mədəniyyətimizin beşiyi”: Qargabazar məscidi

"Qarabağ – mədəniyyətimizin beşiyi”: Qargabazar məscidi

Məscid Füzuli rayonunun Qarğabazar kəndində yerləşir.

El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapmışdır. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib, hicri təqvim ilə 1095”. Bu da miladi tarixi ilə 1683-1684-cü ilə uyğundur.

Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir. Onunla eyni dövrdə tikilən karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir.

1993-cü ildə Füzuli rayonu Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra məscid dağıdılmışdır.