Yaxın mədəniyyət müəssisələri

GƏDƏBƏY rayon AŞIQ MƏKTƏBİ

Gədəbəy Aşıq Məktəbi

Təməli 2009-cu il mayın 26-da Cənab Prezident İlham Əliyev tərəfindən qoyulmuş məktəbin açılışında, 2013-cü il sentaybr ayının 10-da Prezident İlham Əliyev iştirak etmişdir. 2014-cü ilin sentyabrından məktəb ilk tədris ilinə başlamışdır. İlk tədris ilində saz ixtisası öyrədilmiş, 2015-ci ildən başlayaraq məktəbdə saz ixtisası ilə yanaşı balaban-zurna və nağara ixtisasları da tədris olunur.

İki mərtəbəli məktəb binasının həyətində Aşıq Ələsgərin heykəli ucaldılmışdır. Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyətin inkişafına və Gədəbəyə səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır.

Məktəbdə saz, balaban, zurna və nağara ixtisasları üzrə təhsil alan şagirdlər rayonun 37 kəndindəndir. Bu fakt olaraq Azərbaycanda bir ilkdir, bir nümunə modelidir. Azərbaycan musiqi məktəbləri sırasında saz ixtisası üzrə ilk dəfə tədris olunan '' Aşıq sənətinin tarixi'' proqram-dərsliyi də Gədəbəy Aşıq Məktəbində hazırlanmışdır.

Şagirdlər müvafiq ixtisaslar üzrə müəllimlərlə təmin edilmişdir. Məktəbdə muzey, otaqlar üzrə kitabxana sistemi, səsyazma studiyası, akt zalı vardır. Məktəbdə müəllim və şagirdlərinin iştirakı ilə 30-adək televerilişlər çəkilmiş və göstərilmişdir. Bu sırada Türkiyə Cümhuriyyətinin də televerilişləri vardır. Məktəbin 15 nəfər müəllimi Azərbaycan Aşıqlar Birliyinin üzvüdür, 5 nəfər müəllim müxtəlif vaxtlarda Azərbaycan Aşıqlar qurultaylarının nümayəndələri olmuşlar.

Məktəbin direktoru- Əliyev Etibar Nadir oğlu

Əlaqə nömrəsi - +994 22 326 31 89

Mobil- +99450 620 52 44

Ünvan-İ.Mirzəyev küçəsi2

G-mail -asiqmektebi@gmail,com

Mərkəzləşdirilmiş Kitabxana

Gədəbəy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemı

Gədəbəy rayon Mərkəzləşdirilmiş Kitabxana sitemi 1932-ci ildə yaranıb.Kitabxana 64 filial, 1 mərkəz, 1 uşaq şöbəsinin özündə birləşdirir. Mərkəzləşdirilmiş Kitabxana Sistemi rayonumuzun 100000 nəfər əhalisinə 252961 nüsxə kitab fondu vastəsilə 30415 nəfər oxucuya 417630 nüsxə kitab verməklə mədəni xidmət göstərir.Kitabxananın fondunda 193939 nüsxə latın, 1273 adda kiril və digər dillərdə olan nəşirlər toplamışdır.

Mərkəzləşdirilmiş Kitabxana Sistemınin direktoru- Abdullayev Azər Müzəffər oğlu

Əlaqə nomrəsi- +994 22 326 34 32

Mobil- +99450 388 42 21

G-mail - gedebeymks@gmail,com

Ünvan- M.Ə Rəsulzadə küçəsi 68