Muzey

Heydər Əliyev Mərkəzi Gədəbəyin möhtəşəm binalarından biridir. Təməli 2016 ci ildə qoyulan və 2017-ci il avqustun 20-də Cənab Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən bu tikili şəhərsalma memarlığının ən son nailiyyətlərini özündə əks etdirir.

Mərkəzin muzeyində Ümummilli Lider Heydər Əliyevin və Cənab Prezident İlham Əliyevin Gədəbəy rayonuna səfərlərini əks etdirən fotolardan ibarət stendlər quraşdırılıb. Ulu öndər Heydər Əliyevin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, tarixi sənədlər və fotoşəkillər nümayiş olunur. Bu fotolarda ümummilli lider Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən ölkəmizin inkişafına xüsusi diqqət göstərməsi dolğun əksini tapıb. Ulu Öndərin ölkədəki müxtəlif obyektlərin açılışında iştirakı, ictimaiyyətin nümayəndələri, ziyalılar və zəhmətkeşlərlə görüşlərinin əks olunduğu fotolar yerləşdirilib.