Prezidentin səfərləri

01.11.2006

• Ulu Öndərin abidəsini ziyarət və Heydər Əliyev adına mədəniyyət və istirahət parkı ilə tanışlıq;
• Gədəbəy filiz yatağı nümunələrindən ibarət sərgi ilə tanışlıq;
• Gədəbəy İdman Kompleksi ilə tanışlıq ;
• Gədəbəy rayonunun Slavyanka kəndi ilə tanışlıq, rayonda yaşayan rus icması ilə görüş

26.05.2009
• Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət;
• Aşıq Musiqi Məktəbinin təməlqoyma mərasimi;
• Gədəbəy qızıl-mis emalı zavodunun fəaliyyətə başlaması ilə bağlı mərasim.


10.09.2013

•Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

•Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Azərbaycan Prezidentinə abidənin yerləşdiyi parkda aparılan abadlıq işləri barədə məlumat verdi.
• Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışı;
• Gədəbəydə Çolpan çayı üzərindəki körpünün açılışı;
• Gədəbəydə “Azerbaijan International Mining Company Limited” şirkətinin yeni zavodunun açılışı;
• Gədəbəydə “Halal Qida” süd emalı zavodu və tərəvəz məhsullarının tədarükü, saxlanılması və satışı kompleksi ilə tanışlıq.

20.08.2017

.Gədəbəy Heydər Əliyev Mərkəzinin açılışı

Gədəbəy rayonu haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları:

- 14 oktyabr 2005-ci il tarixli 1044 nömrəli Sərəncamla Azərbaycan Respublikası regionlarının, o cümlədən Əlibayramlı şəhər, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planı təsdiq edilmişdir;

- 04 iyul 2008-ci il tarixli 2924 nömrəli Sərəncamı Azərbaycan Respublikasının Ağstafa, Qazax, Goranboy, Şəmkir, Samux, Tovuz, Gədəbəy, Salyan və Neftçala rayonlarının qaz təchizatının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında;

- 06 sentyabr 2012-ci il tarixli 2423 nömrəlı Sərəncamla 59 min əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən, smeta dəyəri 18,6 milyon manat olan və 56 km uzunluqda Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 3,0 milyon manat ayrılmışdır.

-20 sentyabr 2013 cü il tarixli 3159 nömrəli Sərəncamla İyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gədəbəy Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılmışdır.

20 sentyabr 2013 cü il tarixli 3158 nömrəli Sərəncamla Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Gədəbəy Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılmışdır

31 Mart 2014 cü iltarixli Sərəncamla İyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,7 milyon (altı milyon yeddi yüz min) manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılsın.