Gədəbəy rayonunda tibb işçilərinin peşə bayramı qeyd edilmişdir

Gədəbəy rayonunda tibb işçilərinin peşə bayramı qeyd edilmişdir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə Gədəbəy rayonunda tibb işçilərinin peşə bayramı qeyd edilmişdir. Tədbir iştirakçıları öncə Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül qoymuşlar. Daha sonra Heydər Əliyev Mərkəzində rayon RİH başçısı tərəfindən səhiyyə sahəsində xidmətlərinə görə fərqləndiyinə görə 8 nəfər tibb işçisi fəxri fərmanla təltif edilmişdir.