Gədəbəydə “2 iyul- Azərbaycan Polisi Günü” qeyd edildi.

Gədəbəydə “2 iyul- Azərbaycan Polisi Günü” qeyd edildi.

Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Xalq Cümhuriyyəti dövründə, cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yaradılıb. 1998-ci ildən isə iyulun 2-si prezident, Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Gədəbəy rayonunda da “02-iyul-Polis Günü” qeyd edildi. Öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət edildi. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev və rayonun digər rəhbər şəxsləri iştirak etdilər. Prezident cənab İlham Əliyevin ölkənin daxili işlər orqanlarında uğurla həyata keçirdiyi islahatlar və Dövlət Başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı barədə danışan icra başçısı İbrahim Mustafayev Polisin Peşə bayramı günü ilə bağlı, rayon Polis şöbəsinin rəhbər və bütün şəxsi heyyətini təbrik etdi. Tədbirin sonunda rayon Polis şöbəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.