Səyyar "ASAN xidmət" Gədəbəydə

Səyyar "ASAN xidmət" Gədəbəydə

Gədəbəy rayon sakinlərinin nəzərinə! Gəncə Səyyar ASAN xidmət avtobusu 01.07.2021 - 30.07.2021 tarixlərdə (30-gün) Gədəbəy sakinlərinə xidmət göstərəcək.
Əhaliyə səyyar xidmətlərin göstərilməsi üçün Gədəbəy Rayonu Heydər Əliyev Mərkəzinin qarşısında xüsusi yer ayrılıb. Burada xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Vətəndaşlar əvvəlcə məlumat bürosuna yaxınlaşır, sənədlərini təqdim edir, növbəyə götürülürlər. Növbələri çatdıqda sakinlər avtobusa daxil olur, müraciətlərini edirlər.
• Tibb xidməti
• Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
• Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
• Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
• Əmək pensiyalarının təyin edilməsi
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
• Sürücülük vəsiqələrinin dəyişdirilməsi
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
• Notoriat fəaliyyəti
Qeyd:
• Səyyar "ASAN xidmət" avtobusunda sənəd qəbulu həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.