Gədəbəy rayonunda Xalq şairi Səməd Vurğunun büstünün bərpa və təmirdən sonra açılışı münasibətilə tədbir keçirilmişdir.

Gədəbəy rayonunda Xalq şairi Səməd Vurğunun büstünün bərpa və təmirdən sonra açılışı münasibətilə tədbir keçirilmişdir.

06 avqust 2021-ci il tarixində Gədəbəy rayon Mədəniyyət Mərkəzinin önündə Xalq şairi Səməd Vurğunun büstünün bərpa və təmirdən sonra açılışı münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, icra aparatının məsul şəxsləri, Bakı Dövlət Universtetinin Sosiologiya kafedrasının aparıcı professoru, Milli Qəhrəman Məzahir Rüstəmovun atası İzzət Rüstəmov, Tibb Universtetinin dossenti, Əməkdar müəllim Rəşid Mahmudov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Prezident təqaüdçüsü İntiqam Yaşar, tanınmış jurnalist Ləman Əşrəfqızı və digər ziyalıar, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb və əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri ilə seçilən Səməd Vurğunun yaradıcılığından söz açıb. İcra başçısı görkəmli şəxsiyyətin Azərbaycanın sayılıb seçilən ziyalılarından olduğunu, onun hər zaman xalq tərəfindən sevildiyini, xidmətlərinin də dövlət tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb.
Sonra Gədəbəy rayon Mədəniyyət Mərkəzinin önündə qoyulmuş büstün üzərindəki ağ örpək götürülüb və önünə gül dəstələri düzülüb.
Tədbirin aparıcısı, “Müəllim sözü” qəzetinin təsisçisi və baş redaktoru Vahid Aslan tədbir iştirakçılarını salamlayıb və tarixi gün münasibətilə bütün ziyalıları, gədəbəyliləri təbrik edib.
Tədbirdə digər natiqlər çıxış edərək Xalq şairi Səməd Vurğunun yaradıcılığının zənginliyindən, Azərbaycan ədəbiyyatına bəxş etdiyi saysız, hesabsız şeirlərdən, əsərlərdən söz açıb. Dahi şairimiz Səməd Vurğunun xalq, millət, Azərbaycan poeziyası naminə gördüyü işlərdən, ölkəmizi yüksək tribunalarda necə təmsil etmələrindən danışıb. Azərbaycanı sözün qüdrəti ilə ən uca zirvələrə qaldırmalarından söz açmışlar.
Daha sonra 1 saylı Slavyanka kənd tam orta məktəbin şagirdlərinin söylədikləri Xalq şairinin şeirləri alqışlarla qarşılanmışdır.
Sonda qonaqlar Xalq şairi Səməd Vurğunun büstünün önündə xatirə şəkili çəkdirmişdir.