Gədəbəydə özbəkistanlı şairənin “44 gün” adlı kitabının təqdimatı olub.

Gədəbəydə özbəkistanlı şairənin “44 gün” adlı kitabının təqdimatı olub.

Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Özbəkistanda çap olunmuş "44 gün" kitabının təqdimatı keçirilib. Tədbirdə kitabın müəllifi Özbəkistanın şöhrət medallı şairəsi, "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyyət Rüstəmova,Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev,Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Zöhrab Adıgözəlov, Tibb elmləri doktoru, professor Rəşid Mahmudov, Milli QHT Forumu idarə heyətinin üzvü, türkoloq,Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar və digər tanınmış simalar iştirak ediblər.

Tədbiri giriş sözü ilə RİH başçısı İbrahim Mustafayev açaraq qeyd etdi ki, "Bu kitab 44 günlük savaşa həsr olunmuş ən qiymətli kitablardan biridir. Bu kitab haqqında burada geniş məlumat veriləcək. Tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. 44 gün xalqımız üçün çox xoş bir rəqəmə çevrilib. Ordumuz torpaqlarımızı azad etdi. 44 gün bəzi xalqların tarixində uğurlu rəqəm sayılmasa da, bizdə belə olmadı. Savaş gedən günlərin hər bir günü bizim üçün böyük bir tarixdir. Sonda qonağımıza bir daha təşəkkürümüzü bildirirəm".

Daha sonra Gədəbəy haqqında hazırlanmış videoçarx nümayiş etdirilib.

Ardınca kitabın təqdimatı üçün söz Əkbər Qoşalıya verilib. O çıxışında bunları deyib: "Burada iştirak edən hər kəsi salamlayıram. Bu il 50 illiyini qeyd etdiyimiz Xasiyyət xanım özbək ədəbiyyatının günəşidir. Onun kitabları Avropa, Asiyada, türk dünyasında nəşr olunub. Amma etiraf edək ki, onun Azərbaycana verdiyi dəyər daha yüksəkdir. Bəzən olub ki, qardaş dediyimiz ölkələrdə həqiqətlərimizi çatdırmaqda problemlərlə üzləşmişik. Amma Xasiyyət xanımın timsalında bizim həqiqətlər onun rəhbəri olduğu qəzetdə, yaradıcılığında daim ifadə olunub. Əminəm ki, Xasiyyət xanım həm də gələcəyi yazır. Xasiyyət xanım haqq-ədaləti müdafıə edən şairədir. O, 44 günlük savaşımızda bizə misilsiz dəstək oldu. Bizdə bir söz var, heç nə unudulmur heç nə yaddan çıxmır. Xasiyyət xanım bizə ölkəsindən ultimatum göndərdi ki, mən hökmən Şuşaya getməliyəm. Onun arzusu yerinə yetdi. O eyni zamanda dilbər güşələrimizdən biri olan Gədəbəydə oldu. Xasiyyət xanımın yaradılacağında Azərbaycana münasibət davamlıdır. 44 gün ərzində Xasiyyət xanım məqalələr yazdı, hiss-həyəcanını ifadə edirdi. Xasiyyət xanımın indiki Azərbaycan səfərini də bir hadisə adlandırıram. Ən gözəl söz müəllif və onun əsəridir".

Daha sonra DGTYB-nin Xasiyyət xanıma və İbrahim Mustafayevə hədiyyələri təqdim olunub.Eyni zamanda Gədəbəy rayon İcra Hakimiyyəti və Şəmkir Regional Mədəniyyət İdarəsi tərəfindən qonağa hədiyyələr təqdim edildi.

Şəmkir Regional Mədəniyyət idarəsinin rəisi Zöhrab Adıgözəlov bildirdi ki, 44 günlük mübarizəmizdə biz birliyimizlə qalib gəldik : "Bu müharibədə kimin dost və ya düşmən olduğunu gördük. Bir özbək xanımının sərhəd bölgəsinə gəlib kitabının təqdimatında iştirak etməsi böyük hadisədir, eyni zamanda türk qardaşlığının,türk dostluğunun bariz nümunəsidir.Və bu görüş Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin inkişafına təkan verən əlamatdar hadisədir. Bir daha xoş gəlmisiniz deyir və sizlərə Regional Mədəniyyət İdarəsi adınnan təşəkkürümü bildirirəm.

Sonra Akademik Valeh Cəfərov,Tİbb Universitesinin dosenti Rəşid Mahmudov,tanınmış şair Elsen Əzim,Aşıq məktəbinin direktoru Etibar Əliyev,Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli,Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramov,İncəsənət Univeristetinin müəllimi Nemət Qasımlı və digər qonaqlar mövzu ətrafında çıxış etdilər.

44 gün kitabının müəllifi Özbəkistanlı qonaq Xasiyyət Rüstəm cıxış etdi: Yüksək qonaqpərvərlikdən dolayı hər kəsə təşəkkürünü bildirdi,və qeyd etdi ki, 44 günlük haqq savaşı sizlərin vətən sevgisinin dünyada yeganə nümunəsidir.

Tədbirin təşkilatçısı Dünya Gənc Türk Yazarlar birliyininn başqanı İntiqam Yaşar çıxışı zamanı bu günün çox əlamətdar gün olduğunu vurğuladı,Özbəkistanda Xasiyyət xanımın ayağı dəyən hər yerdə Azərbaycan gördüm,və yaşasın Özbəkistan Azərbaycan dostluğu qardaşlığı və kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə minnətdarlığını ifadə etdi.

Yekun olaraq RİH başçısı İbrahim Mustafayev tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi.