“Bura Vətəndir” adlı foto sərgi təşkil olunub

 “Bura Vətəndir” adlı foto sərgi təşkil olunub

27 may 2021-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində 28 may - Respublika günü münasibətilə “Bura Vətəndir” adlı foto sərgi keçirilib.
Azərbaycan Jurnalistlər birliyinin üzvü, “Həsən bəy Zərdabi”, “Qızı qələm” mükafatı və bir sıra beynəlxalq foto müsabiqələr laureatı Kərəm Nəbiyevin fotolarından ibarət sərgi nümayiş olunub.
Sərgidə Birinci və İkinci Qarabağ müharibəsini əks etdirən fotolar və bölgənin yay və qış turizmi imkanlarını, tarixi abidələrini əks etdirən 200-ə yaxın foto nümayiş etdirilib.