Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi zamanı yaralanmış Süleymanov İsmayıl və Alıyev Anarla görüş təşkil olunub.

Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi zamanı yaralanmış Süleymanov İsmayıl və Alıyev Anarla görüş təşkil olunub.

Şəmkir Regional Mədəniyyət İdarəsi 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalanların ailələri ilə silsilə görüşlərini davam etdirir, 11 mart 2021-ci il tarixdə Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi v.i.e Zöhrab Adıgözəlov, və rəis müavini Ramiz Məmmədov

Gədəbəy rayon Çalburun kəndindən olan, Zəngilan uğrunda gedən döyüşlərdə Şəhid olmuş Müzəffərli Kənan Azər oğlunun ailəsini ziyarət edib, qayğı və problemləri ilə maraqlandılar,

xatirəsini hörmət və ehtiramla yad etdilər.

Daha sonra Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi v.i.e. Zöhrab Adıgözəlov Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi zamanı yaralanmış Süleymanov İsmayıl və Alıyev Anarla görüşüb,onların problemləri ilə maraqlanıb.

Bildirib ki Qazilərimizə, müharibə iştirakçılarımıza,

şəhid ailələrinə Regional İdarə tərəfindən maddi yardım və mənəvi dəstək göstərilir, bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Hər iki Qəhrəmanımız səmimi qəbula və görüşə görə,eyni zamanda göstərilən diqqətə görə təşəkkür ediblər.