"Xocalı gənclərin gözü ilə" adlı rəsm müsabiqəsi və sərgi təşkil edilmişdir.

"Xocalı gənclərin gözü ilə" adlı rəsm müsabiqəsi və sərgi təşkil edilmişdir.

26 fevral 2021-ci il tarixdə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Gədəbəy Rayon İcra Hakimiyyəti, Gədəbəy Rayon Heydər Əliyev Mərkəzi, Gədəbəy Rayon Gənclər və İdman İdarəsi və Gənclər İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Xocalı gənclərin gözü ilə" adlı rəsm müsabiqəsi və sərgi təşkil edilmişdir.

Musabiqədə 1-ci yeri Hüseynli Nübar, 2-ci yeri Tağıyeva Gülər, 3-cü yeri isə Əliyeva Sevda layiq görülmüşdür.

Rəsm müsabiqəsinin qalibləri olmuş gənclər diplom, medal və qiymətli hədiyyələrlə, digər seçilmiş rəsmlərin sahibləri isə təşəkkürnamə ilə mükafatlandırılmışdır.