Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirildi

Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirildi

Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə Azərbaycanın himni səsləndirildi. Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Günel Ağayeva çıxış edərək tədbir iştirakçılarını salamladı.Tədbirin mahiyyəti haqqında məlumat verərək bildirdi ki, 3 Dekabr BMT tərəfindən elan olunmuş Beynəlxalq Əlilliyi olan insanların günüdür. Çıxış edənlər bu günün bayram etmək üçün deyil, bütün dünya ictimaiyyətinin diqqətini əlilliyi olan şəxslərin problemlərinin həllinə və hüquqlarının müdafiəsinə cəlb etmək məqsədi daşıdığını qeyd etdilər.Tədbirin bədii hissəsi musiqi məktəbinin və Vəndam Uşaq Bağçasının ifalarında şeir və rəqs kompozisiyalarının icrası ilə davam etdirildi.