Yaxın mədəniyyət müəssisələri

Yaxın mədəniyyət müəssisələri

Qəbələ Tarix-Diyarşünaslıq Muzeyi

Mərkəzimizə yaxın müəssisə Qəbələ rayon Tarix-Diyarşünaslıq muzeyidir. Azərbaycan SSR Nazirlər Sovetinin 13 May 1980-ci il tarixli 227 № li qərarı ilə fəaliyyət göstərən Qəbələ Rayon Tarix – Diyarşünaslıq Muzeyinin əsas fondunda Qəbələnin,- Azərbaycanın,- iki min beş yüz illik tarixini əks etdirən on dörd minə yaxın tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Müəssisə Qəbələ rayon Heydər Əliyev Mərkəzi ilə 50 metr məsafədə yerləşir.