Muzey

Ümummilli liderin keçdiyi həyat yolunu və çoxşaxəli fəaliyyətini dolğun əks etdirən xatirə muzeyi yerləşir. 335m² sahəsi olan ekspozisiya zalı 14 bölməyə ayrılmışdır. Həmin bölmələrdə Ulu öndərin həyatının müxtəlif anlarını əks etdirən 262 eksponat cəmlənmişdir.Burada Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən məlumat, materiallar, eləcə də ümummilli liderə aid olan maraqlı eksponatlar nümayiş etdirilir.Bundan başqa, Mərkəzdə Ümummilli Liderlə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir. Ümumilikdə Mərkəzdə 700-dən artıq eksponat mövcuddur.

14 bölmədən ibarət olan ekspozisiyanın 1-ci bölməsində ümummilli lider Heydər Əliyevin uşaqlıq, gənclik və təhsil illərini (1923-1944), 2-ci bölməsində 1944-1969-cu illər Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrləri, 3-cü bölməsində Heydər Əliyevin Azərbaycan KP MK-nin birinci katibi işlədiyi dövrləri (1969-1982), 4-cü mərhələdə 1982-1987-ci illərdə Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini işlədiyi dövrləri, 5-ci bölməsində 1990-1993-cu illər Naxçıvana qayıdışını, 6-cı mərhələdə ulu öndər Heydər Əliyevin Azərbaycana 2-ci dəfə qayıdışını (1993-2003), 7-ci bölməsində ümummilli lider Heydər Əliyevin Qəbələyə gəlişini, 8-ci bölməsində Ümumilli lider Heydər Əliyevin apardığı xarici siyasəti, 9-cu bölməsində 1994-cü il sentyabr ayının 20-də bağlanmış “Əsrin müqaviləsi” adlı neft müqaviləsini və Bakı-Tibilisi-Ceyhan neft kemeri layihəsini, 9-cu bölməsində Ailə görüntülərini, 11-ci bölməsində Mədəniyyət işçilərinə qayğısını, 12-ci bölməsinədə Heydər Əliyevin Güc Nazirlikləri ilə birgə işini,, 13-cü bölməsində Heydər Əliyevin elm, təhsil və səhiyyəyə qayğısını, 14-cü bölmədə Heydər Əliyevin idmana və idmançılara qayğısını əks etdirin eksponatlar nümayiş olunur. O cümlədən zalında 8 vitrin var. Vitrinlərdə ümummilli lider Heydər Əliyev haqqında yazılan kitablar və jurnallar, Heydər Əliyevin sənədlərinin sürəti nümayiş olunur.