Bu gün Qəbələ rayon Heydər Əliyev Mərkəzində Kəlbəcər rayon 31 saylı tam orta məktəbinin iştirakı ilə Xocalı soyqrımının 28-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

Bu gün Qəbələ rayon Heydər Əliyev Mərkəzində Kəlbəcər rayon 31 saylı tam orta məktəbinin iştirakı ilə Xocalı soyqrımının 28-ci ildönümü münasibətilə  tədbir keçirilmişdir

Qəbələ rayon Heydər Əliyev Mərkəzində Kəlbəcər rayon 31 saylı tam orta məktəbinin iştirakı ilə Xocalı soyqrımının 28-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Kəmalə Qasımova açaraq Xocalı soyqırımı haqqında məlumat verib, faciənin insanlıq əleyhinə ən böyük cinayətlərdən olduğunu vurğulayıb.

Mərkəzin əməkdaşı Aygün Məmmədova məruzə edərək, Xocalı soyqırımının erməni millətçilərinin əsrlərlə xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin növbəti qanlı səhifəsi olduğunu vurğulayıb.

Çıxış edənlər bu qanlı hadisənin XX əsrin ən böyük faciəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən əvəzolunmaz işlər həyata keçirilir. Onun təşəbbüsü ilə 2008-ci ildə təsis edilmiş “Xocalıya Ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm addımlar atılır.

Sonra tədbirin bədii hissəsi başlayıb. Şagirdlərin ifasında Xocalı faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim olunub.

Sonda xocalı həqiqətlərindən bəhs edən video çarx nümayiş olunub.