Xocalı soyrımının 28-ci ildönümü ilə əlaqədar Qəbələ rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayon 3 saylı tam orta məktəbin 6-cı sinifində mühazirə oxumuşlar

Xocalı soyrımının 28-ci ildönümü ilə əlaqədar Qəbələ rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayon 3 saylı tam orta məktəbin 6-cı sinifində mühazirə oxumuşlar

Xocalı soyrımının 28-ci ildönümü ilə əlaqədar Qəbələ rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayon 3 saylı tam orta məktəbin 6-cı sinifində mühazirə oxumuşlar.Mərkəzin əməkdaşı Aygün Məmmədova çıxış edərək bildirib ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş və faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırımıdır. Qeyd edib ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə bir sırada durur. Belə ki, bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdur. Soyuq, qarlı fevral gecəsində yüzlərlə soydaşımız əsir düşmüş, girov götürülmüşdür. Nə qədər insan erməni təcavüzündən yayınıb meşələrə, dağlara qaçsa da, onların çoxu soyuqdan, şaxtadan məhv olmuşdur.

A.Məmmədova qeyd edib ki, Xocalı hadisələri əsl soyqırımıdır. Xocalıda öldürülən yüzlərlə insandan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, hətta körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə yarılmışdır..

Mühazirənin gedişində vurğulanıb ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı ilə əlaqədar xüsusi fərman vermişdir. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral - Xocalı soyqırımı və milli matəm günü elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən fərman imzalanmışdır.

Sonda qeyd edilib ki, bütün bu həqiqətləri, bütün bu hadisələri, faktları, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəb və nəticələrini beynəlxalq ictimaiyyətə çatdırmaq, informasiya blokadasını yarmaq, on illərdir erməni diasporu tərəfindən yayılan yalan və uydurmaların qarşısını almaq ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun fəaliyyətində həmişə mühüm yer tutur.