Qəbələ rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayon 4 saylı tam orta məktəbində Xocalı soyrımının 28-ci il dönümü ilə bağlı mühazirə oxumuşlar

Qəbələ rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayon 4 saylı tam orta məktəbində Xocalı soyrımının 28-ci il dönümü ilə bağlı mühazirə oxumuşlar

Qəbələ rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları rayon 4 saylı tam orta məktəbində Xocalı soyrımının 28-ci il dönümü ilə bağlı mühazirə oxumuşlar.Mərkəzin əməkdaşı Mahirə Kərimova şagirdlərə Xocalı soyqrımı haqqqında məlumat verdi.Bildirdi ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.Qeyd olunduki, Xocalı soyqırımı, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. M.Kərimova qeyd etdi ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.