Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı dəyirmi masa təşkil olunmuşdur

 Qəbələ  rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı dəyirmi masa təşkil olunmuşdur

Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı dəyirmi masa təşkil olunmuşdur. Mərkəzin əməkdaşı Aygün Məmmədova çıxışına ulu öndər Heydər Əliyevin bu sıtatı ilə başladı : “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”.

Çıxışına Heydər Əliyevin gənclər siyasətindən danışaraq davam edən A.Məmmədova gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmli olduğunu, inkişaf və inteqrasiyanın məhz cəmiyyətin aparıcı təbəqəsi olan gənclərlə bir irəlilədiyini bildirdi.

Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmaz olduğunu qeyd edən natiq, gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqinin, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsinin ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsi olduğunu diqqətə çatdırdı.

Bildirildi ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.