Bugün Siyəzən Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Qəbələ, Gəncə Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə "Azərbaycanın dinamik inkişafında Heydər Əliyev Mərkəzlərinin rolu" adli video konfrans keçirilmişdir

Bugün Siyəzən Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Qəbələ, Gəncə Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə "Azərbaycanın dinamik inkişafında Heydər Əliyev Mərkəzlərinin rolu" adli video konfrans keçirilmişdir


Bugün Siyəzən Heydər Əliyev Mərkəzinin təşəbbüsü, Qəbələ, Gəncə Heydər Əliyev Mərkəzlərinin təşkilatçılığı ilə "Azərbaycanın dinamik inkişafında Heydər Əliyev Mərkəzlərinin rolu" adli video konfrans keçirilmişdir. Konfransda Şabran-Siyəzən Seçki Dairəsinin deputatı Sadiq Qurbanov, Nizami (Gəncə) ikinci seçki dairəsinin deputatı Naqif Həmzəyev, Gəncədən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Cəfərov, Qazax, Şabran, Zərdab, Bərdə, Oğuz, Ağstafa, Cəlilabad, Samux və digər Heydər Əliyev Mərkəzləri də iştirak etmişdir. Çıxışlarda respublikamızın hər bir bölgəsində fəaliyyət göstərən mərkəzlərin Ulu Öndər Heydər Əliyevin zəngin irsinin dərindən öyrənilməsi, qorunub saxlanılması, tədqiqi və hərtərəfli inkişaf etdirilməsi sahəsində fəaliyyətlərindən bəhs edildi. Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova Qəbələ rayon Heydər Əliyev Mərkəzinin də ölkəmizin mədəni həyatında fəal iştirak etməklə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsini, onun irsini tədqiq və geniş təbliğ etmək, bu istiqamətdə tədbirlər keçirmək üçün əhəmiyyətli işlər gördüyünü vurğuladı. O, Qəbələnin UNESKO - nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə uzv seçildiyini qeyd etdi.