Ombudsmanın Şəki Regional Mərkəzinin təşəbbüsü, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 8 sentyabr 2020-ci il tarixində “21 sentyabr - Beynəlxalq Sülh günü” münasibətilə “Dünyanı sülh xilas edəcək” adlı videokonfrans keçirildi

Ombudsmanın Şəki Regional Mərkəzinin təşəbbüsü, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 8 sentyabr 2020-ci il tarixində “21 sentyabr - Beynəlxalq Sülh günü”  münasibətilə “Dünyanı sülh xilas edəcək” adlı videokonfrans keçirildi

8 sentyabr 2020-ci il tarixində “21 sentyabr - Beynəlxalq Sülh günü” münasibətilə Ombudsmanın Şəki Regional Mərkəzinin təşəbbüsü, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Qəbələ rayon Gənclər və İdman İdarəsi, Qəbələ UADM, Qəbələ Tarix-diyarşünaslıq muzeyi, Qəbələ Gənclər İnkişaf və Karyera Mərkəzinin nümayəndələrinin iştirakı ilə “Dünyanı sülh xilas edəcək” adlı videokonfrans keçirildi. Videokonfransı açıq elan edən Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Kəmalə Qasımova 21- sentyabr Beynəlxalq Sülh gününün mahiyyəti haqqında məlumat verdi. Qəbələ rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Aygün Məmmədova çıxış edərək sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşlarının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd etdi.Ombudsmanın Şəki Regional Mərkəzinin direktoru Pərviz Məmmədov konfransda geniş məruzə etdi. Daha sonra Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Müşfiq Abbasov, Tarix - Diyarşünasliq Muzeyinin əməkdaşlari İlhamə Seyidova, Mədinə Xalidli və başqaları cıxış edərək, dünyada sülhün vacibliyini vurğuladılar