Ermənistan təcavüzünün nəticələri

Ermənistan təcavüzünün nəticələri

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 149 nəfər Qəbələ sakini canından keçmişdir. Qəbələ rayon Tüntül kəndində yaşayan 1974-cü il təvəllüdlü Atakişiyev İntiqam Murovdağ ətrafında gedən döyüşlərdə göstərdiyi şücaətə görə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən Azərbaycanın Milli qəhramanı adına layiq görülmüşdür.

Sahil Şirinov 1992 -ci ilin 24 iyununda Qəbələ rayonunun Bum qəsəbəsində anadan olub. 2010-cu ildə Heydər Əliyev adına Ali Hərbi məktəbinə daxil olmuş, 2014-cü ildə Motoatıcı taqım komandiri ixtisası üzrə bitirərək leytenant hərbi rütbəsi almışdır. Leytenant Sahil Şirinov 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Vətən uğrunda canından keçən igid oğulların xatirəsini əbədiləşdirmək üçün Qəbələ rayonunun bəzi məktəblərinə və küçələrinə onların adı verilmişdir. Rayon 4 saylı tam orta məktəbə şəhid Nicat Apayevin adı verilib. İki küçəyə işə şəhid Araz Cavadov və Elçin Kərimovun adları verilmişdir.