Mərkəz haqqında məlumat

Mərkəz haqqında məlumat

02 mart 2007-ci ildə hörmətli Prezidentimiz cənab İlham Əliyevin Qəbələyə səfəri Heydər Əliyev Mərkəzinin açılışı ilə başlayıb. Mərkəzimiz Ulu Öndər, Ümmumilli Lider Heydər Əliyevin həyatını və zəngin irsini öyrənmək məqsədi ilə yaradımışdır. Qəbələ rayon Heydər Əliyev Mərkəzinin 335m² sahəsi olan 1 ekspozisiya zalı var.Ekspozisiya 14 bölmədən- Heydər Əliyevin uşaqlıq və gənclik illəri (1923-1944), Dövlət Təhlükəsizlik Orqanlarında işlədiyi dövr(1944-1969), Azərbaycan Respublikası KP MK-nin I katibi işlədiyi dövr (1969-1982), SSRİ Nazirlər Soveti sədrinin I müavini işlədiyi vaxt(1982-1987), Heydər Əliyevin Naxşıvana qayıdışı(1990-1993), Azərbaycan 2-ci dəfə qayıdışı(1993-2003), Qəbələyə səfərləri (1978-ci il-2002-ci il), Heydər Əliyevin apardığı xarici siyasət, Neft strateiyası, Heydər Əliyev və mədəniyyət, Güc Nazirlikləri ilə birgə işi, Heydər Əliyevin təhsilə və səhiyyəyə qayğısı, Heydər Əliyev və idman, ailə görüntülərindən ibarətdir. Həmin bölmələrdə ulu öndərin həyatının müxtəlif anlarını əks etdirən 262 eksponat cəmlənmişdir. Bunlar tarixi sənədlər, ulu öndərin irsini öyrənən kitablar və fotoşəkillərdən ibarətdir. Ümumilikdə mərkəzimizdə 700-dən artıq eksponat vardır. 2007-ci ildən Heydər Əliyev Muzeyi kimi açılıb, 2012-ci ildən mərkəz kimi fəaliyyətini davam etdirir. Heydər Əliyev Mərkəzi bir mərtəbədən ibarətdir.