Mərkəzin binası

Qəbələ rayon Heydər Əliyev Mərkəzinin inşasına 2005-ci ildə başlanılıb. Tikinti və quraşdirılması 2006-ci ildə başa çatıb. 02 mart 2007-ci ildə hörmətli Prezidentimiz cənab İlham Əliyevin Qəbələyə səfəri zamanı Heydər Əliyev Mərkəzinin açılışı ilə olub. Həmin tarixdən mərkəz rəsmi fəaliyyətə başlayib. Mərkəzinin ümumi ərazisi 0,50 hektar, tikinti altinda olan sahə 812m² – dir. 1 brifinq zalı (30 nəfərlik), 6 inzibati otaq və yardimcı otaqları var. Ekspozisiya zalının sahəsi 335m²- dir. Bina 1 mərtəbədən ibarətdir.

Mərkəzimizdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin Qəbələ ofisi yerləşir.

Həmçinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminin bir şöbəsi də mərkəzimizdə fəaliyyət göstərir.